“Uzaq yaşıl ada” Emin Sabitoğlunu xatırlayırıq - VİDEO

238

Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti Emin Sabitoğlunun doğum günüdür.

Onun yazdığı mahnıların adını çəkmək bəs edir ki, söhbətin kimdən getdiyi aydın olsun: “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir”, “Payız gəldi”, “Kəpənək”… Amma təkcə bunlarmı? Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema… Bəs bəstəkarın musiqi çeşməsindən süzülən kino və komediyalar üçün yazdığı musiqilər? Əslində, bunlar da onun yaradıcılığının hamısı deyil…

NUHÇIXAN xəbər verir ki, bu gün 600-dən çox mahnının, 9 musiqili komediyanın, 40-a yaxın film musiqisinin müəllifi olan Xalq Artisti Emin Sabitoğlunun anadan olmasının 81-cı ildönümü tamam olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: