“Rossiyskaya qazeta” xəbər verir ki, Beylor Universiteti əməkdaşlarının 368 ibtidai məktəb şagirdinin iştirakı ilə apardıqları eksperiment nəticəsində əl gücü zəif olan uşaqların sağlamlıq problemləri ilə daha çox qarşılaşdıqları məlum olub.
NUHÇIXAN Rusiya KİV-lərinə istinadla xəbər verir ki, eksperiment zamanı dinamometrin köməyi ilə uşaqların hər iki əlinin gücü ölçülüb və sağlamlıq vəziyyəti qiymətləndirilib. Təxminən iki il sonra onların səhhəti yenidən müayinədən keçirilib. Əvvəlcədən oğlanların 27,9 faizi, qızların isə 20,1 faizi “zəiflər” qrupuna salınıb. Onların sağlamlıq keyfiyyətinin aşağı düşməsi riski əl gücü göstəriciləri normal olan uşaqlardan üç dəfə çox olub.
Qeyd edək ki, əlin sıxılması gücü ilə ölçülən əzələ zəifliyinin sağlamlıq problemlərinin əlaməti olduğu faktı həkimlərə bəlli idi. Doğrudur, adətən bunu daha çox böyüklərə aid edirlər. Xüsusən, bu problem tez-tez ürək-damar və metabolik xəstəliklər ehtimalının artması ilə əlaqələndirilib.