Uşaqlarda qan qrupu uyğunsuzluğu

211

Körpənin dünyaya gələrkən sağlam və ya xəstə olması, qan qrupu və hansı rezusla doğulması gendən asılıdır. Məsələn, ananın qanı rezus mənfi, körpənin qanı isə resuz müsbət olarsa, bu zaman qan uyğunsuzluğu konflikti baş verər və uşağın sağlamlığında müəyyən problemlər yarana bilər.

NUHÇIXAN xəbər verir ki, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevin dediyinə görə, valideynlərin qan qrupunun uyğunsuzluğu doğulan körpədə müxtəlif xəstəliklər yaranmasına səbəb olur: “Hamiləlik zamanı bətnə uşaq düşərkən valideynlərin qan qrupu və rezusunda uyğunsuzluq olanda xəstəlik əlamətləri aşkar edilə bilər. Vaxtında tədbir görülmədikdə dünyaya gələn körpə ya əlil doğulur, ya da tələf olur”.

Onun dediyinə görə, hamiləlik zamanı qan uyğunsuzluğu olduqda onun müalicəsi mümkündür. Bunun üçün valideynlər bundan məlumatlı olmalı və bu sahədə yoxlanılma aparılmalıdır: “Qadın məsləhətxanalarında qeydiyyatda olan analar bir neçə dəfə yoxlama və müayinələrdən keçirilir. Əgər ananın səhhətində bu sahədə hansısa şübhə varsa müayinə aparılıb başa çatdırılmalıdır”.

Baş pediatr onu da bildirib ki, qan uyğunsuzluğu probleminin əsas fəsadları təkrar hamiləlik zamanı özünü daha ağır formada göstərir. Ona görə də qabaqlayıcı tədbirlərin görülməsi vacib şərtlərdən biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: