Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional Tədris Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün səhərcik təşkil edib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə kitabxana əməkdaşları uşaqlarla kitablar oxuyub, nağıllar, tapmacalar söyləyib və onlarla müxtəlif oyunlar oynayıblar. Uşaqlar kitabxanaçıların hədiyyə etdikləri uşaq jurnallarından şəkillər çəkib rəngləyiblər. Tədbir iştirakçıları kitabxananın
2016-cı ildən mərkəzdə yaradılan bölməsində “Uşaq dünyası” adlı kitab sərgisində yeni çap edilmiş uşaq ədəbiyyatları ilə tanış olublar. Sonda uşaqlara bayram sovqatları paylanıb, onlarla xatirə şəkilləri çəkdirilib.