Uşaq Xəstəxanasında dispanserizasiya xidmətinə dair konfrans keçirilib

154

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, oktyabrın 24-də Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında “Dispanserizasiya xidməti: problemlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib.

Tədbiri xəstəxananın baş həkimi Rəhim Rəhimov açaraq bildirib ki, əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Bu il oktyabrın 9-da Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam da uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə onların arasında xəstələnmənin, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılması məqsədi daşıyır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi xidmətin təşkili şöbəsinin baş məsləhətçi-pediatrı İbrahim Ağayev qeyd edib ki, məktəbyaşlı uşaqlar arasında mütəmadi olaraq həyata keçirilən dispanserizasiya tədbirləri, o cümlədən kütləvi tibbi müayinələr nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə nəzərəçarpan müsbət dinamika müşahidə olunur. Sonra Mərkəzi Uşaq Xəstəxanası baş həkiminin müavini İlkay Əliyevanın, həkimlərdən Aytən Rzayevanın, Leyla Rəsulovanın məruzələri dinlənilib. Məruzələr videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: