“Uşaq Avroviziya-2018” mahnı müsabiqəsi üçün səsvermə qaydaları açıqlanıb

100

İctimai Televiziya və Radio Yayımları Şirkəti bu il sayca 15-ci olan “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsi ilə bağlı səsvermə qaydalarını izah edən videoçarx yayımlayıb.

NUHÇIXAN-a qurumun İctimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, “Uşaq Avroviziya” mahnı müsabiqəsi fəaliyyətə başlayan gündən səsvermə qaydaları hər il dəyişdirilib. Yeni qaydalara əsasən isə artıq hər ölkə öz təmsilçisinə səs vermək hüququna sahibdir.

Müsabiqədən öncə, noyabrın 23-də saat 19:00-dan etibarən www.junioreurovision.tv və www.jesc.tv saytlarından tamaşaçıların onlayn səsverməsi reallaşacaq, daha sonra isə müsabiqə günü səsvermə müvəqqəti olaraq dayandırılacaq. Final günü sonuncu iştirakçının ifasından sonra isə səsvermə 15-30 dəqiqə ərzində yenidən aktiv olacaq, daha sonra həmin səslər müsabiqənin səs hesablayan heyətinə təqdim ediləcək. Onlar isə bu səsləri ballara çevirərək nəticəni lövhədə nümayiş etdirəcək, yekunda isə həmin ballar münsiflər heyətinin səsverməsinə əlavə olunacaq.

Yayımlanan videoçarxda da səsvermə haqqında ətraflı təlimat yer alıb.

Qeyd edək ki, səsvermə zamanı toplanan səslər münsiflər heyətinin səs aktivinə əlavə olunacaq.

Xatırladaq ki, Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək “Uşaq Avroviziya-2018”də 20 ölkənin təmsilçisi birincilik uğrunda mübarizə aparacaq. Ölkəmizi bu mahnı müsabiqəsində “Sənin kimi olmaq” adlı mahnı ilə adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”nda yer alan Fidan Hüseynova təmsil edir.

“Sənin kimi olmaq” (“I wanna be like you”) adlanan mahnının müəllifi tanınmış bəstəkar İsa Məlikov, ifaçı Fidan Hüseynova, musiqinin söz yazarları Azərbaycan dilinə dair Aytən İsmixanova, ingilis dilində isə Elvira Miçiyevadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: