Uşağın başı niyə ağrıyır?

280

Çox zaman uşağın başı ağrıyanda böyüklər dədə-babalardan qalma məşhur sözü deyir: heç uşağın da başı ağrıyar?

Sanki uşaqlar üçün baş ağrıması hələ tezdir, başağrısı böyüklərə məxsusdur. Halbuki necə ki, böyüklərin başı, siniri, əzələri var, uşaqlar da eyni fiziologiyaya malikdir. Son vaxtlar uşaqlar və yeniyetmələr arasında baş ağrıları, spazmlar artıb.

Bir uşağın niyə görə başı ağrısın? Həkimlər bu suallara cavab tapmağa çalışır. Çünki uşaq özü baş ağrısının tam klinikasını izah edə bilmir. Ona görə uşaqlarda baş ağrısının səbəblərini araşdırmaq ciddi müayinələr tələb edir. Ilk növbədə baş-böyun USM və ya rentgeni aparılır.

NUHÇIXAN bildirir ki, səbəblərdən ən birinci doğuş travmalarıdır. Doğuş prosesinin pozulması, çətinliyi və uşağın oksigen çatışmamazlığı keçirməsi, boyun fəqərələrində yerdəyişmə nəticəsində yaxınlıqda olan qan damarlarının az da olsa sıxılması baş-beyinin müyyən hissələrdə qan dövranı pozulmasına səbəb olur. Beyin qabığı kifayət qədər oksigen almır. Belə travmalardan sonra uşaqda alın, gicgah və boyuna yayılan ağrılar olur.
Bəzən onurğada sürüşmə sinir uclarına təsir edir. Belə olan halda baş ağrısı ilə yanaşı dərinin, ətrafların uyuşması baş verir.

Əgər ana bətnində ikən döl kifayət qədər  oksigen almırsa, çox güman ki, doğumdan sonra o uşaqda daimi qan dövranı pozğunluğu səbəbindən baş ağrıları olacaq.

Vegetativ disfunksiya – uşaqlarda baş ağrısının daha bir səbəbidir. Bu xəstəlik uşaq normadan artıq sürətlə böyüdükdə, boyu uzandıqda yaranır. Daxili orqanların ümumi kütləsi sümük skeletinin uzanmasına tərs mütənasib olur.

Vegetativ disfunksiya məktəbə başlayanda uşağın beyninin həddən artıq yüklənməsi, psixoloji travmalar, yuxu istirahət rejiminin pozulmasında da inkişaf edir.

Uşaq möhkəm yıxılıbsa, başından zədə alıbsa, istənilən belə zədə beyin mədəciklərinə maye axını yaradır. Uşaqda kəllə daxili təzyiq artır, bu da baş ağrıları verir.

Əgər uşaqda baş ağrıları çox güclüdürsə, dərman sakitləşdirmirsə, qusma, gözlərdə problem, huşunu itirmək kimi əlamətlər verirsə o zaman beyin şişindən şübhələnmək olar.

Valideynlərə məsləhət:

Uşağın başının tez-tez ağrımasının qarşısını almaq üçün onunla açıq havada, parkda çox gəzin. Yuxu rejimini qaydaya salın. Gündə 9-10 saatdan az yatmamalıdır.

Uşağın yatdığı otaqda təmiz hava olmalıdır.

Televizor, telefon və kompüter də uşaq beyninə mənfi təsir edib, spazmlar verə bilər. Ona görə uşağa gündə 1-2 saatdan artıq ekran qarşısında oturmağa icazə verməyin.

Əgər uşaqda görmə zifliyi varsa, mütləq düzgün eynək seçilməlidir, əgər uşağın gözlərinin problemi həll olunmasa bu da baş ağrıları verəcək.

Əgər övladınızı mütəmadi baş ağrıları narahat edirsə, yaşından asılı olmayaraq onu vaxtında nevrapotoloq və göz həkiminə aparın.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: