Uruqvaylı hücumçu Edinson Kavani portuqaliyalılarla matçın ən yaxşı oyunçusu seçilib

234

Uruqvay millisinin hücumçusu Edinson Kavani Portuqaliya komandasına qarşı səkkizdəbir final qarşılaşmasının ən yaxşı oyunçusu hesab edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) mətbuat xidməti məlumat yayıb.

Şənbə günü Uruqvay yığması Portuqaliya millisini 2:1 hesabı ilə məğlub edib. Qalib komandanın hər iki qolunu Edinson Kavani vurub. Bu qollar sayəsində uruqvaylılar dörddəbir finala yüksəliblər.

Cənubi Amerika futbolçularının dörddəbir finalda rəqibləri Fransa komandası olacaq. Nijni Novqorodda keçiriləcək həmin oyun iyulun 6-da Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: