Ürəyin fəaliyyətini yaxşılaşdıran xərcsiz vasitə

227

İnsan yaşlaşdıqca ürəyin fəaliyyəti zəifləyir, ürək çatışmazlığının riski artır. Adətən yaşlı insanlara ürəyin fəaliyyətinin yaxşılaşdırması üçün xüsusi dərman preparatları təyin olunur.

Lakin alimlərin fikrinə görə, heç bir xərc çəkmədən də ürəyin vəziyyətini yaxşılaşdırmaq mümkündür.

Bunun üçün sadəcə daha çox hərəkət etmək lazımdır. Kardioloqların fikrinə görə, adi yerimə yaşlı insana ürəyin fəaliyyətini yaxşılaşdıran dərman preparatı qədər və hətta bundan artıq kömək edə bilər.

Yeriməyin sürəti burada böyük rol oynamır. Əsas odur ki, insan özünü rahat hiss etsin.

NUHÇIXAN The Daily Mail-a istinadla xəbər verir ki, alimlər yaşı 50-79 arası olan 137 min qadın iştirakı ilə araşdırma aparıblar. Məlum olub ki, fiziki aktivlik ürək çatışmazlığının riskini 25% azaldır. Alimlərin fikrinə görə, fiziki aktivlik dərman preparatları qədər effektlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: