Universitetdə kitab təqdimatı keçirilib

178

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında universitetin Tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun “Erməni kilsəsi və onun Rusiyanın Cənubi Qafqaz siyasətindəki yeri” adlı kitabının təqdimatı keçirilib.

NDU-nun Mətbuat Şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə, 4 fəsildən ibarət olan kitabın I fəslində erməni kilsəsinin tarix boyu etdiyi saxtakarlıqlar,  II fəslində Cənubi Qafqazın Rusiya imperiyası tərəfindən işğal edilib müstəmləkəyə çevrilməsində erməni kilsəsinin oynadığı rol, III fəsildə qondarma “erməni” dövlətinin yaradılmasınıa nail olmaq siyasətinin iç üzü, IV fəsildə isə  “Erməni kilsəsi ən yeni dövrdə” adlandırılmaqla XX əsrin 70-ci illərindən etibarən erməni kilsəsinin himayədarlığı və maliyyə dəstəyi ilə Yaxın Şərqdə və Qərb ölkələrində çoxsaylı erməni terror təşklatları olan ASALA, ASOA və başqa təşkilatların iyrənc əməlləri öz əksini tapıb.

Tarixi faktların ortaya çıxarılması, ictimaiyyətə çatdırılması istiqamətində kitabın əhəmiyyəti böyükdür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: