Universitet kollektivi Dövlət Bayrağı Muzeyində olub

72

Naxçıvan Dövlət Universitetinin kollektivi Naxçıvan Şəhərindəki Dövlət Bayrağı Muzeyində olublar.

NUHÇIXAN xəbər verir ki, “Muzey günləri” çərçivəsində reallaşan tədbirdə ziyarətçilərə muzeylə bağlı geniş məlumat verilib.

Bayraq Muzeyində ümumilikdə 134 eksponat nümayiş olunur. Burada Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qəbul olunmuş tarixi Qərar və fotoşəkillər nümayiş olunur. Naxçıvan ərazisində mövcud olan dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları muzeyin ekspozisiyasında yerləşdirilib.

Səadət Əliyeva

                                                                 NTV  Xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: