Ümummilli lider Heydər Əliyev Azərbaycan-Türkiyə qardaşlığının inkişafı üçün möhkəm bünövrə yaradıb

147

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı Türkiyənin Qars şəhərində anım tədbiri təşkil olunub.

NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev adına Anadolu Texniki-Peşə Liseyində təşkil olunan tədbirdə rəsmi şəxslər, ziyalılar, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli filmin nümayişindən sonra Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Qars vilayətinin rəhbəri Türker Öksüz və Qars Təhsil İdarəsinin rəisi Gökhan Altuğ çıxış ediblər.

Ümummilli lider Heydər Əliyevin təxminən yarım əsri əhatə edən zəngin siyasi fəaliyyəti barədə fikirIərini bölüşən çıxışçılar vurğulayıblar ki, qurub-yaratmaq, xalqa və Vətənə xidmət etmək Ulu Öndərin həyat amalı olub. Azərbaycanın dövlət müstəqilliyinin qorunması və inkişaf yoluna başlaması Heydər Əliyevin tarixi xidmətlərinin bəhrəsidir. Xalqımızın xilaskar oğlu Azərbaycan-Türkiyə qardaşlığının inkişafı üçün möhkəm bünövrə yaradıb.

Rəsmi hissədən sonra “Heydər Əliyev və gənclər” mövzusundakı şeir yarışmasında qalib olan şagirdlərə Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı baş konsulluğu adından xatirə hədiyyələri təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: