“Ümumi yerşünaslıq” dərs vəsaiti yenidən nəşr olunub

207

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Ümumi yerşünaslıq” adlı dərs vəsaitinin yeni nəşri rus dilində çapdan çıxıb.

İnstitutdan NUHÇIXAN-a bildirilib ki, geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazərin müəllifi olduğu kitabın baş elmi redaktoru akademik Akif Əlizadə, elmi redaktoru akademik Ramiz Məmmədovdur.

Çoxlu sayda şəkil, cədvəl, xəritələrlə müşayiət olunan dərs vəsaiti 426 səhifədən, altı hissədən və 20 fəsildən ibarətdir. Dərslikdə ümumi yerşünaslığın obyekti və vəzifələri nəzərdən keçirilir, Yer kürəsinin quruluşu və yaranma şərtləri, həmçinin coğrafi təbəqə – geosferin xüsusiyyətləri haqqında məlumat verilir. Vəsaitdə Günəş sisteminin yaraması, litosfer, Yer kürəsinin relyefi, relyef əmələgətirən endogen və ekzogen proseslər, atmosfer, hidrosfer, qurunun suları, biosfer, torpaq örtüyü, ətraf mühitin mühafizəsi və s. haqqında geniş məlumat almaq mümkündür.

Dərs vəsaiti ali məktəblərin coğrafiya fakültəsində təhsil alan tələbə və doktorantlar, müəllimlər, eləcə də xüsusi ixtisas təhsili olmayan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: