Ulu öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda da ehtiramla yad olunub

94

Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsi qonşu Gürcüstanda da ehtiramla yad olunub.

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Milli Məclisin deputatları, səfirliyin və konsulluğun əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin – SOCAR, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, “Azərbaycan Dəmir Yolları” QSC və digərlərinin Gürcüstan nümayəndəliyinin rəhbər və işçi kollektivi, azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri dekabrın 12-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri düzüblər.

Sonra səfir Dursun Həsənov, Milli Məclisin deputatları Rasim Musabəyov, Əflatun Amaşov, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, müavini Zaur Darğallı və digər rəsmi şəxslər Gürcüstanın Rustavi şəhərində Ümummilli Liderin adını daşıyan parka gəliblər.

Burada da ulu öndər Heydər Əliyevin xatirəsi hörmətlə anılıb, abidəsi önünə əklil və gül dəstələri düzülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: