Ukraynada Qolodomor qurbanlarının xatirəsi anılır

104

Ukraynada 1932-1933-cü Qolodomor qurbanlarının xatirəsi anılır.

NUHÇIXAN Kiyev şəhər Dövlət Administrasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisənin 85-ci ildönümü ilə əlaqədar şənbə günündən etibarən matəm tədbirləri təşkil olunacaq.

Noyabrın 24-də “Qolodomor qurbanları Memorial” Milli Muzeyinin ərazisində dövlət qurumlarının, ictimai-siyasi xadimlərin, xaricdən gələn rəsmilərin iştirakı ilə matəm tədbiri keçiriləcək. Bu gün Kiyevin ərazisində Ukraynanın dövlət bayraqları endirilib. Yerli vaxtla saat 16:00-da Qolodomor qurbanlarının xatirəsi bir dəqiqə sükutla yad ediləcək. Ukrayna ərazisində “Şamı yandır” aksiyasına start veriləcək. Matəm tədbirləri ilə bağlı Kiyevin bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, Qolodomor hadisəsi 1932-ci ilin aprelindən 1933-cü ilin noyabrına qədər davam edib. Bəzi mənbələrə görə, Qolodomor qurbanları 7-10 milyon nəfər olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: