Avropa Liqasının 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq prosesi ilə tanış olmaq məqsədilə UEFA-nın Avropa Liqası-2019 layihəsinin nümayəndələri Bakıda səfərdədir.
NUHÇIXAN xəbər verir ki, Bakı Olimpiya Stadionunda AFFA-nın əməkdaşları, yerli əməliyyat qrupunun üzvləri və UEFA-nın müvafiq layihəsinin nümayəndələri arasında görüş keçirilib.
Final qarşılaşmasına hazırlıq işləri barədə nümayəndələrə ətraflı məlumat verilib və geniş fikir mübadiləsi aparılıb.
18 nəfərdən ibarət nümayəndə heyətinin səfəri iyulun 5-dək davam edəcək.