Bu gün UEFA Millətlər Liqasında III turun növbəti matçları keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, ikinci oyun günündə 4 liqada 7 qarşılaşma baş tutacaq.
Azərbaycan milli komandasının yer aldığı D Liqasında Belarus Lüksemburqu, Moldova isə San Marinonu qəbul edəcək. II qrupun lideri Lüksemburq keçirdiyi hər iki oyunda qəbələ qazanıb. Belarus yığması 4 xalla ikinci, Moldova isə 1 xalla üçüncüdür. San Marino isə 0 xalla sonuncu pillədə qərarlaşıb.
A Liqasında 2 qarşılaşma təşkil olunacaq. Sonuncu dünya çempionatının bürünc mükafatçısı Belçika evdə İsveçrə ilə münasibətlərə aydınlıq gətirəcək. Qrupda hər iki komandanın 3 xalı var. Keçirdiyi hər iki oyunda məğlub olan İslandiyanın isə xalı yoxdur və sonuncu pillədədir.
Günün ən maraqla gözlənilən qarşılaşması da A Liqasında keçiriləcək. Xorvatiya evdə İngiltərə ilə qarşılaşacaq. Hər iki komanda keçirdikləri ilk oyunda məğlub olub. Qrupa 6 xalla İspaniya yığması başçılıq edir.
UEFA Millətlər Liqası
III tur
A Liqası
II qrup
22:45. Belçika – İsveçrə
Xal durumu: İsveçrə – 3 (1 oyuna), Belçika – 3 (1), İslandiya – 0 (2)
IV qrup
22:45. Xorvatiya – İngiltərə
Xal durumu: İspaniya – 6 xal (2 oyuna), İngiltərə – 0 (1), Xorvatiya – 0 (1)
B Liqası
III qrup
22:45. Avstriya – Şimali İrlandiya
Xal durumu: Bosniya və Herseqovina – 6 xal (2 oyuna), Şimali İrlandiya – 0 (1), Avstriya – 0 (1)
C Liqası
II qrup
22:45. Estoniya – Finlandiya
22:45. Yunanıstan – Macarıstan
Xal durumu: Finlandiya – 6 xal (2 oyuna), Macarıstan – 3 (2), Yunanıstan – 3 (2), Estoniya – 0 (2)
D Liqası
II qrup
22:45. Belarus – Lüksemburq
22:45. Moldova – San Marino
Xal durumu: Lüksemburq – 6 xal (2 oyuna), Belarus – 4 (2), Moldova – 1 (2), San Marino – 0 (2).