UEFA maliyyə feyr-pleyi qaydalarını sərtləşdirə bilər

118

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) yaxın vaxtlarda maliyyə feyr-pleyi qaydalarını sərtləşdirə bilər.

NUHÇIXAN “Bild” portalına istinadla xəbər verir ki, hazırda UEFA Avropa klublarının maksimum 3 il müddətində futbolçu transferi üçün lazım olan məbləğin ödəməsi qaydalarını hazırlamaq istəyir.

Xatırladaq ki, fransız “PSJ” klubu 2017-ci ildə braziliyalı hücumçu Neymarın transferi üçün İspaniyanın “Barselona” klubuna ödəyəcəyi 222 milyon avronu maliyyə sənədlərində beş hissəyə bölüb. Beləliklə, UEFA hər il Kataloniya klubun hesabına 44,4 milyon avro köçürülməsini hesaba alır.

Yeni qaydalara görə, gələcəkdə klublar transfer üzrə ödənişləri ən çox 3 ilə bölə biləcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: