UEFA İcraiyyə Komitəsi maliyyə “feyr pley”i ilə bağlı qaydaları sərtləşdirib

134

UEFA İcraiyyə Komitəsi klubların lisenziyalaşdırma qaydalarında maliyyə “feyr pley”i ilə bağlı dəyişiklikləri təsdiqləyib.

NUHÇIXAN qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu addım klublarda maliyyə şəffaflığını artırmaq üçün atılıb. Qaydalardakı dəyişiklik milli assosiasiyalar, eləcə də digər maraqlı tərəflər – Avropa Klublar Assosiasiyası və Peşəkar Futbolçuların Beynəlxalq Federasiyası (FIFPro) ilə birgə aparılan təhlillərdən sonra reallaşıb.

Dəyişikliklərə əsasən, klublar agentlərə ödəmələr də daxil olmaqla, bütün maliyyə məlumatlarını dərc etməlidirlər. Futbol əməliyyatları, xüsusən də transferlərlə bağlı uçot və hesabatlarda konkret tələblər olacaq.

UEFA klubların maliyyə problemlərinin aradan qaldırılmasına kömək məqsədi ilə nəzarəti gücləndirəcək. Bu, borcu olan klubların transferlər zamanı müəyyən ediləcək məbləğ səddini aşmamalarını diqqətdə saxlamaq imkanı verəcək.

Qeyd edək ki, UEFA tərəfindən maliyyə “feyr-pley”i layihəsi 2009-cu ildə təsis edilib. Yeniliklər 2011/2012 mövsümündən tətbiq edilməyə başlayıb. Qaydalara əsasən, klublar transferlərə qazanclarından çox xərcləyə bilməzlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: