UEFA Çempionlar Liqasının üçüncü turuna yekun vurulub

132

Oktyabrın 24-də UEFA Çempionlar Liqasının üçüncü turunun növbəti oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, turun mərkəzi qarşılaşması “Nou Kamp” stadionunda baş tutub. İspaniya çempionu “Barselona” İtaliyanın “İnter” klubunu qəbul edib. İlk dəqiqələrdən özünəxas oyun nümayiş etdirən kataloniyalılar birinci hissənin sonunadək topa nəzarət edib və rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Buna baxmayaraq, hesab 32-ci dəqiqədə açılıb. Luis Suarezin ötürməsini əsas heyətdə Lionel Messini əvəz edən Rafinya dəqiq zərbə ilə tamamlayıb – 1:0.

Fasilədən sonra ispanlar hesab arasındakı fərqi iki topa çatdırıb. İvan Rakitiçin sahəsində Jordi Alba topu qapıdan keçirdib. Bu da oyunda son qol olub.

Turun digər maraq doğuran oyunu Fransada keçirilib. PSG İtaliyanın “Napoli” klubunu qəbul edib. Qarşılaşmanın favoriti fransızlar sayılsa da, hesabı qonaqlar açıb. Maria Kalyexonun effektli ötürməsi Lorenso İnsinyanı rəqibin qapıçı ilə təkbətəkə çıxardıb. Sonuncu fürsəti əldən verməyib – 0:1. Birinci 1:0 “Napoli” klubunun üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra hücumları artıran PSG qarşılaşmanın 61-ci dəqiqəsində hesabı bərabərləşdirib. Belə ki, fransızların cinah müdafiəçisi Toma Mönye hücuma qoşularaq cərimə meydançasına ötürmə verən zaman top “Napoli” oyunçusunun ayağına dəyərək (Mario Rui) qapıdan keçib – 1:1. Qoldan on altı dəqiqə sonra neapolılar yenidən hesabda irəli keçib. Dris Mertens adını tabloya yazdırıb – 1:2. Bu da oyunda son qol olmayıb. Oyunun baş hakimi əsas vaxta əlavə eləmiş üçüncü dəqiqəsində Anxel Di Mariya matçda son nöqtəni qoyur. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

İngiltərənin “Tottenhem” klubu səfərdə Niderlandın PSV klubunun qonağı olub. Oyunda hesabı meydan sahibləri açıb. İngilisləri əks hücumda yaxalayan Hirving Lozano adını tabloya yazdırıb – 1:0. Birinci hissənin başa çatmasına beş dəqiqə qalmış “Tottenhem” klubu hesabı bərabərləşdirib. Belə ki, Kristian Eriksen, Kiran Tripyer və Lukas Maura kombinasiyasını sonuncu dəqiq zərbə ilə tamamlayıb – 1:1. Birinci hissə bu hesabla başa çatıb.

Qarşılaşmanın ikinci hissəsinin 55-ci dəqiqəsində ingilislərin əsas qol silahı sayılan Hari Keyn Kristian Eriksenin cinah ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayıb – 1:2. Matçın 79-cu dəqiqəsində londonluların qapıçısı Higo Loris kobud oyununa görə hakim tərəfindən qırmızı vərəqə alaraq meydandan qovulub. Qarşılaşmanın 87-ci dəqiqəsində PSV klubu yenidən hesabı bərabərləşdirib. Luk de Yonq oyunda son nöqtəni qoyub.

Oktyabrın 24-də keçirilən turun bütün oyunlarının nəticələri:

A qrupu

“Brügge” – “Monako” – 1:1

“Borussiya Dortmund” – “Atletiko Madrid” – 4:0

B qrupu

“Barselona” – “İnter” – 2:0

PSV – “Tottenhem” – 2:2

C qrupu

“Liverpul” – “Crevena Zvezda” – 4:0

PSG – “Napoli” – 1:2

D qrupu

“Qalatasaray” – “Şalke” – 0:0

“Lokomotiv” – “Porto” – 1:3.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 4-cü turu noyabrın 7-də və 8-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: