Dekabrın 19-da UEFA qitənin ən nüfuzlu klub turnirinin – Çempionlar Liqasının qrup mərhələsinin rəmzi “11-liyi”ni açıqlayıb.
NUHÇIXAN qurumun saytına istinadla xəbər verir ki, “Fantasy Football”da yığılan xallar əsasında tərtib edilən ilk “11-lik”də 9 fərqli klubun oyunçusu yer alıb.
Rəmzi heyətdə Voytsex Şensnı (“Yuventus”, İtaliya), Xordi Alba (“Barselona”, İspaniya), Leonardo Bonuççi (“Yuventus”, İtaliya), Nikolas Talyafiko (“Ayaks”, Hollandiya), Rafael Gerreyru (“Borussiya Dortmund”, Almaniya), Karlos Soler (“Valensiya”, İspaniya), Nikola Vlaşiç (MOİK, Rusiya), Cengiz Ünder (“Roma”, İtaliya), Mussa Mareqa (“Portu”, Portuqaliya), Duşan Tadiç (“Ayaks”, Hollandiya), Robert Levandovski (“Bavariya”, Almaniya).
Qeyd edək ki, UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunları fevralın 12-13-də və 19-20-də keçiriləcək.