UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub

145

UEFA Çempionlar Liqasının 2018-2019-cu illər mövsümünün qrup mərhələsinə yekun vurulub.

NUHÇIXAN xəbər ki, E qrupunda yer alan “Ayaks” (Hollandiya) doğma meydanda “Bavariya” ilə qarşılaşıb. Oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra “Bavariya” qrupu lider kimi tamamlayıb. “Ayaks” isə ikinci pilləni tutub.

Öz meydanında Yunanıstanın AEK klubunu minimal hesabla məğlubiyyətə uğradan “Benfika” mübarizəni Avropa Liqasında davam etdirəcək.

F qrupuna liderlik edən “Mançester Siti” doğma meydanda qrupun autsayderi “Hoffenhaym”dən güclü olub – 2:1. Digər matçda isə Donetskin “Şaxtyor” klubu Kiyevdə Fransanın “Lion” kollektivi ilə qarşılaşıb. Bu görüşdə “Şaxtyor”a mütləq qələbə lazım olsa da, Fonsekanın yetirmələri bunun öhdəsindən gələ bilməyiblər. Matç 1:1 hesabı ilə başa çatıb. Bu nəticə fransızları pley-offa yüksəldib. “Şaxtyor” isə yoluna Avropa Liqasında davam edəcək.

H qrupunda yer alan “Yuventus” səfərdə İsveçrənin “Yanq Boyz” klubuna gözlənilmədən məğlub olub – 1:2. Qrupun digər oyununda isə “Valensiya” öz meydanında eyni hesabla “Mançester Yunayted”dən üstün olub. Bu qrupdan “Yuventus” və “Mançester Yunayted” növbəti mərhələyə vəsiqə qazanıblar. “Valensiya” isə Avropa Liqasında mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: