UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk qarşılaşması keçirilib - VIDEO

72

Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk qarşılaşması keçirilib.

NUHÇIXAN xəbər verir ki, İtaliya təmsilçisi “Roma” səfərdə İngiltərənin “Liverpul” klubunun qonağı olub. Oyunun ilk hissəsi İngiltərə təmsilçisinin üstünlüyü ilə başa çatıb. M.Salah oyunun 36 və 45-ci dəqiqələrində fərqlənməyi bacarıb.

Qarşılaşmanın ikinci hissəsi də meydan sahiblərinin üstünlüyü şəraitində başlayıb. S.Mane 56-cı dəqiqədə vurduğu qolla hesab arasındakı fərqi artırıb. R.Firimino isə 62 və 69-cu dəqiqələr fərqlənməyi bacarıb. “Roma” klubu oyunun sonlarına yaxın üstünlüyə yiyələnib və iki dəfə rəqib qapısına yol tapa bilib. Əvvəlcə E. Ceko 81-ci dəqiqədə meydan sahiblərini cəzalandırıb. Dörd dəqiqə sonra isə İngiltərə təmsilçisinin qapısına təyin olunan penaltini D. Perotti dəqiq yerinə yetirib. “Roma”nın bundan artığına gücü çatmayıb və qarşılaşma “Liverpul”un 5:2 hesablı üstünlüyü ilə başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: