UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub

173

Sentyabrın 19-da UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, G qrupunda yer alan UEFA Çempionlar Liqasının son qalibi “Real Madrid” klubu doğma meydanda İtaliyanın “Roma” komandasını qəbul edib. İlk dəqiqələrdən üstün oyun nümayiş etdirən Madrid təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Oyununu əks hücumlar üzərində quran “Roma” klubu qarşılaşmanın 25-ci dəqiqəsində hesabı açmağa yaxın olub. Cengiz Ünderin vurduğu zərbə qapıdan yan keçib. Matçın 45-ci dəqiqəsində oyunun hollandiyalı baş hakimi Bjorn Kupers cərimə meydançası yaxınlığında İskoya qarşı qayda pozuntusunu qeydə alıb. Cərimə zərbəsini zərər çəkmiş özü yerinə yetirib və qola imza atıb – 1:0. “Kral” klubu fasiləyə minimal hesablı üstünlüklə yollanıb.

Oyunun 58-ci dəqiqəsində Luko Modriçin ötürməsindən sonra komandanın əsas qol silahı sayılan Qaret Beyl qapıçı ilə təkbətək qalaraq dəqiq zərbə ilə hesab arasındaki fərqi artırıb – 2:0. Qarşılaşmada son nöqtəni maçın 90-cı dəqiqəsində, oyuna ikinci hissədə daxil olan Mariano Diaz qoyub. O, uzaq məsafədən dəqiq zərbə ilə hesab arasındakı fərqi üç topa çatdırıb. Beləliklə, görüş “Real Madrid” klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər qarşılaşmasında Rusiya təmsilçisi MOİK səfərdə Çexiyanın “Viktoriya Plzen” klubunun qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb.

H qrupunda yer alan İspaniyanın “Valensiya” klubu İtaliyanın “Yuventus” komandasını qəbul edib. Görüşün 29-ci dəqiqəsində rəqibin üzünə bilərəkdən zərbə endirən turinlilərin yeni transferi Kriştianu Ronaldu birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, oyunda hesabı meydanda 10 nəfərlə qalan “qoca sinyora” açıb. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Mirəlim Pyaniç dəqiq zərbə ilə tamamlayıb. Fasilədən sonra hakim oyunda ikinci dəfə meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. M.Pyaniç yenidən dəqiq zərbə ilə dublunu rəsimləşdirib. Görüş “Yuventus” klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər qarşılaşmasında “Mançester Yunayted” səfərdə “Yanq Boyz” klubunun qapısından üç cavabsız top keçirib.

E qrupun favoriti sayılan Almaniyanın “Bavariya” klubu səfərdə Portuqaliyanın “Benfika” komandasının qonağı olub. Qarşılaşma almanların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Rəqibin qapısından qolları oyunun 10-ci dəqiqəsində Robert Levandovskiy və 54-ci dəqiqədə Renato Sançes keçirib.

Qrupun digər oyununda “Ayaks” doğma meydanda AEK-i böyük hesabla məğlub edib (3:0).

Birinci turun gözlənilməz hesabı İngiltərə qeydə alınıb. “Enfild” stadionunda keçirilən oyunda meydan sahibi “Mançester Siti” Fransanın “Lion” klubunu qəbul edib. Görüş qonaqların 2:1 hesabı qələbəsi ilə başa çatıb.

“Şaxtyor” – “Hoffenhaym” oyununda isə 2:2 hesablı heç-heçə qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: