UEFA Çempionlar Liqası: Roberto Firmino sonuncu dəqiqələrdə “Liverpul” klubuna qələbə qazandırıb

154

Sentyabrın 18-də futbol üzrə UEFA Çempionlar Liqasının birinci turunun növbəti oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, turun maraqla gözlənilən oyunlarından biri C qrupunda oynanılıb. İngiltərənin “Enfild” stadionunda keçirilən qarşılaşmada meydan sahibi, son UEFA Çempionlar Liqasının finalçısı “Liverpul” Fransanın PSG klubunu qəbul edib. İlk dəqiqələrdən hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab oyunun sonlarına yaxın açılıb. Qarşılaşmanın 36-cı dəqiqəsində Andrev Robertsonun cinah ötürməsini cərimə meydançasında tək qalan Daniel Stariç dəqiq baş zərbəsi ilə tamamlayıb – 1:0. Qoldan altı dəqiqə sonra cərimə meydançasının daxilində Jorjinyo Vijnalduma qarşı qayda pozuntusu olub. Oyunun baş hakimi türkiyəli Cüneyd Çakır fransızların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Ceyms Milner sağ küncə dəqiq zərbə endirərək qapıçıya şans verməyib – 2:0. Qoldan sonra irəli atılan PSG matçın 40-cı dəqiqəsində hesab arasındaki fərqi azaldıb. Tomas Munye adını tabloya yazdırıb – 2:1.

Fasilədən sonra fransızlar hesabı bərabərləşdirməyə nail olublar. Kilyan Mbape hesaba tarazlıq gətirib – 2:2. Roberto Firmino sonuncu dəqiqələrdə dəqiq baş zərbəsi ilə “Liverpul”a qələbə qazandırıb – 3:2.

Bu qrupun digər qarşılaşmasında “Crevena Zvezda” doğma meydan “Napoli” klubunu qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

A qrupunda yer alan son UEFA Avropa Liqasının qalibi “Atletiko Madrid” səfərdə Fransanın “Monako” klubunun qonağı olub. Oyunda hesabı meydan sahibləri 18-ci dəqiqədə açıblar. Samuel Gradsir fərqlənib. Buna baxmayaraq, Madrid təmsilçisi iki top vuraraq fasiləyə üstün yollanıblar. Dieqo Simyonenin yetirmələrinin heyətində Dieqo Kosta və Xose Gimenes fərqləniblər. İkinci hissədə qol olmayıb.

A qrupunun ikinci oyununda “Borussiya Dortmund” klubu isə səfərdə “Brügge” komandasının qonağı olub. Görüş qonaqların 1:0 qələbəsi ilə başa çatıb.

D qrupunda yer alan Türkiyənin bu turnirdə yeganə təmsilçisi “Qalatasaray” Rusiyanın “Lokomotiv” klubunu qəbul edib. Qarşılaşma türkiyəlilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 9-cu dəqiqəsində Qari Rodriqez, 67-ci dəqiqədə Eren Dərdiyok, 89-cu dəqiqədə Səlcuk İnan fərqləniblər.

Qrupun digər oyunu Almaniyada baş tutub. “Şalke” və “Portu” klubları üz-üzə gəliblər. Bu oyunda qalib müəyyənləşməyib – 1:1.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: