UEFA Çempionlar Liqası: “Qalatasaray” İstanbulda “Portu”ya məğlub olub

103

Dekabrın 10-da UEFA Çempionlar Liqasında altıncı tura start verilib.

NUHÇIXAN xəbər verir ki, turun açılış oyununda D qrupunda yer alan İstanbulun “Qalatasaray” klubu qrupunun lideri “Portu”nu qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qrupda ikinci yerdə olan “Şalke” isə Moskvanın “Lokomotiv” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb (1:0). Beləliklə, “Portu” qrup lideri (16), “Şalke” (11) isə ikinci pillənin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıblar. İstanbul təmsilçisinin məğlubiyyətinə baxmayaraq, klub UEFA Avropa Liqasında mübarizənin davam etdirəcək. “Lokomotiv” isə 3 xalla qrupun sonuncu yerində qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: