UEFA Çempionlar Liqası: “Liverpul” finalda “Real Madrid”lə qarşılaşacaq

52

Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci finalçısı İngiltərənin “Liverpul” klubu olub.

NUHÇIXAN xəbər verir ki, “Roma”-nın qonağı olan ingilislər oyunu yaxşı başlayıblar. Doqquzuncu dəqiqədə Sadio Mane hesabı erkən qolla açıb – 0:1. Çox keçməmiş Stefan El Şaravinin cinah ötürməsindən sonra top Milnerin ayağına dəyərək qapıdan keçib – 1:1. Qarşılaşmanın 25-ci dəqiqəsində qonaqlar yenidən hesabda önə keçib. Bu dəfə Vijnaldium fərqlənib – 1:2.

Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra irəli atılan meydan sahibləri oyunun 52-ci dəqiqəsində Dzekonun sayəsində hesabı bərabərləşdirib – 2:2. Matçın 86-ci dəqiqəsində Radja Naiqolan adını tabloya yazdırıb – 3:2. Oyunun son qolunu da R.Naiqolan vurub – 4:2.

Qalan dəqiqələrdə italyanlar çox çalışsalar da hesabı dəyişə bilməyiblər. “Roma”nın bu qələbəsinə baxmayaraq, birinci görüşdə doğma meydanda 5:2 hesabı ilə qələbə qazanan “Liverpul” iki oyunun nəticəsinə əsasən finala çıxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: