UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

107

Noyabrın 8-də UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu və ən yaxşı qolunun müəllifi adına namizədlər açıqlanıb.

NUHÇIXAN UEFA-nın saytına istinadla xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin dördüncü turundakı qarşılaşmalarda göstərdikləri oyunlara görə həftənin ən yaxşı futbolçusu adına Harri Keyn (Tottenhem), Kərim Benzema (Real Madrid), Riyad Mahrez (Mançester Siti) və Milan Pavkov (Çrvena Zvezda) iddialıdırlar.

Həftənin ən yaxşı qolunun müəllifi isə “Çrvena Zvezda”nin yarımmüdafiəçisi Milan Pavkovun “Liverpul”un, “Mançester Siti”nın gənc ulduzu Rəhim Sterlinqin “Şaxtyor”un, “Porto”nun yarımmüdafiəçisi Otavionun “Lokomotiv”in, “Yuventus”un yeni transferi Kriştiano Ronaldonun isə “Mançester Yunayted”in qapısına vurduğu qollar arasından seçiləcək.

Qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində noyabrın 10-da müəyyənləşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: