UEFA Avropa Liqası: “Qarabağ”–“Vorskla” oyunu başlayıb

181

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Ağdamın “Qarabağ” klubu Bakı Olimpiya Stadionunda Ukraynanın “Vorskla” komandası ilə qarşılaşır.

NUHÇIXAN xəbər verir ki, “Qarabağ”ın start heyətində Vaqner da Silva, Qara Qarayev, Maksim Medvedev, Simoen Slavçev, İnnosent Emeqara, Miçel Madeyra, Araz Abdullayev, Rəşad Sadıqov, Abdulah Zubir, Yakub Jezniçak və Donald Gerye yer alıblar.

“Vorskla” klubunun ilk onbirliyində isə meydana Boqdan Şust, İqor Perduta, Nadjip Yakubu, Aleksandr Sklya, Vladislav Kulaç, Vyaçeslav Şarpar, Vladimir Çesnakov, Vadim Sapay, Yuri Kolomoyets, Ardin Dallku, Pavlo Rebenyo çıxıblar.

Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Roi Raynşrayberdir.

“E” qrupunun digər oyununda Portuqaliyada oynanılır. “Sportinq” klubu İngiltərənin “Arsenal” komandasını qəbul edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: