UEFA Avropa Liqası: “Qarabağ” – “Sportinq” oyunu başlayıb

238

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanın bu turnirdə yeganə təmsilçisi Ağdamın “Qarabağ” komandası səfərdə Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşır. Oyun “CBC Sport” telekanalında birbaşa yayımlanır.

NUHÇIXAN xəbər verir ki, “Qarabağ”ın start heyətində Vagner, Qara Qarayev, Maksim Medvedev, İnnosent Emeqara, Abdella Zubir, Mahir Mədətov, Filip Ozoviç, Yaqub Jerniçak, Bədavi Hüseynov, Donald Gerye və Çoşqun Diniyev yer alıblar.
“Sportinq”in ilk onbirliyində isə meydana Romen Salen, Sebastyan Koates, Brunu Fernandeş, Markos Akunya, Fredi Montero, Stefan Ristovski, Rodrigo Batalya, Nani, Rafinya, Jeremi Matyö və Nemanya Qudel çıxıblar.
“Joze Alvalade” stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçilərinin 99-ci avrokubok oyunudur. 98 qarşılaşmada Qurban Qurbanovun yetirmələri 35 dəfə meydanı qələbə ilə tərk ediblər.
Matçı Fransadan olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Fransua Leteksiyedir. Ona Siril Münyö və Mehdi Rahmuni kömək edirlər. Dördüncü hakim funksiyasını Bertran Juanno yerinə yetirir.
Matçın hakim-inspektoru Bosniya və Herseqovinalı Elmir Pilav, UEFA nümayəndəsi isə çexiyalı Patrik Filipekdir.
“Qarabağ” klubunun yer aldığı E qrupun digər oyununda İngiltərənin “Arsenal” klubu Ukraynanın “Vorskla” komandasını qəbul edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: