UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Azərbaycanın “Qarabağ” klubu İngiltərənin “Arsenal” klubunu qəbul edib.
NUHÇIXAN-ın məlumatına görə, oyunun artıq 4-cü dəqiqəsində qonaqların oyunçusu Sokratis komandasını hesabda irəli çıxarıb – 0:1. İlk hissə qonaqların minimal üstünlüyü ilə başlayıb.
İkinci hissəyə “Qarabağ” hücumlarla başlasada 53-cü dəqiqədə “Arsenal”ın oyunçusu E. Smit-Rou fərqləmib- 0:2.
Oyunun sonlarına yaxın qonaqlar “Qaabağ”ın qapısından daha bir top keçirib. Bu dəfə M.Quendouzi fərqlənib – 0:3.
Beləlilə oyun qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda Ukraynanın “Vorskla” klubu Portuqaliyanın “Sportinq” klubunu qəbul edib. Oyuna qonaqlar fəal başlasada ev sahibinin oyunçusu V.Kulaç 10-cu dəqiqədə fərqlənərək komandasını hesabda irəli çıxarıb – 1:0.
Oyunun sonuncu 90-cı dəqiqəsində qonalqar ev sahibinin qapısına yol tapıb. Qonaqların oyunçusu F.Montero fərqlənib – 1:1.
Qonaqlar bununla kifayətlənməyib 90+3-cü dəqiqədə daha bir top vuraraq hesabı 1:2 ediblər. Bu dəfə J.Kabral fərqlənib.
Beləliklə, oyun qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.