UEFA Avropa Liqası: “Qəbələ” komandası səfərdə Lüksemburqun “Proqres” klubu ilə qarşılaşır

131

UEFA Avropa Liqasında ölkəmizi təmsil edən “Qəbələ” futbol komandası iyulun 19-da növbəti oyununu keçirir.

NUHÇIXAN xəbər verir ki, komandamız turnirin birinci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində səfərdə Lüksemburqun “Proqres” klubu ilə qarşılaşır.

Differdanjdakı “Munisipal” stadionunda keçirilən oyunda “Qəbələ”nin əsas heyətində Dmitri Bezotosnı, Rasim Ramaldanov, Rauf Əliyev, Asif Məmmədov, Cavid Hüseynov, Sequn Adeniyi, İlqar Qurbanov, Jozef Monroz, Təmkin Xəlilzadə, Ürfan Abbasov və Sabien Lilay yer alıblar.

Lüksemburq təmsilçisinin ilk onbirliyində isə meydana Sebastyan Floss, Mayron de Almeyda, Yannik Bastos, Olivye Till, Emmanuel Fransuaz, Mario Mutş, Jordan Qobron, Marven Martens, Adrian Ferino, Sebastian Till və Tim Hall çıxıblar.

Qarşılaşmanı Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Keyt Kennedidir. Ona yan xətt hakimləri həmyerliləri Stefen Donaldson və Kristian Fransis Hanna kömək edirlər. Görüşdə dördüncü hakim funksiyasını Evan Boys yerinə yetirir.

Bakıda keçirilən ilk oyunda “Qəbələ” komandası Lüksemburq təmsilçisinə 0:2 hesabı ilə məğlub olmuşdu.

Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı Lüksemburq təmsilçisini iki oyunun nəticəsinə görə üstələyəcəyi təqdirdə ikinci təsnifat mərhələsində Macarıstanın “Honved” komandası ilə qarşılaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: