UEFA Avropa Liqası: “Fənərbağça”nın rəqibi “Zenit”, “Qalatasaray”ın isə “Benfika” olub

148

Dekabrın 17-də UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün onaltıdabir final mərhələsinin püşkü atılıb.

NUHÇIXAN xəbər verir ki, püşkatmanın nəticəsində onaltıdabir finalda rəqiblər müəyyənləşib:

“Viktoriya Plzen” (Çexiya) – “Dinamo Zaqreb” (Xorvatiya);

“Brügge” (Belçika) – “Zalsburq” (Avstriya);

“Rapid” (Avstriya) – “İnter” (İtaliya);

“Slaviya Praqa” (Çexiya) – “Genk” (Belçika);

“Krasnodar” (Rusiya) – “Bayer Liverkuzen” (Almaniya);

“Sürix” (İsveçrə) – “Napoli” (İtaliya);

“Malmö” (İsveç) – “Çelsi” (İngiltərə);

“Şaxtyor Donetsk” (Ukrayna) – “Ayntraxt” (Almaniya);

“Seltik” (Şotlandiya) – “Valensiya (İspaniya);

“Renn” (Fransa) – “Real Betis” (İspaniya);

“Olimpiakos” (Yunanıstan) – “Dinamo Kiyev” (Ukrayna);

“Lazio” (İtaliya) – “Sevilya (İspaniya);

“Fənərbağça” (Türkiyə) – “Zenit” (Rusiya)

“Sportinq” (Portuqaliya) – “Villyareal” (İspaniya);

BATE (Belarus) –“Arsenal” (İngiltərə)

“Qalatasaray” (Türkiyə) – “Benfika” (Portuqaliya).

Qeyd edək ki, onaltıdabir final mərhələsinin ilk görüşləri fevralın 14-də, cavab qarşılaşmaları isə fevralın 21-də oynanılacaq.

UEFA Avropa Liqasının final oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: