Uçan maşınlar gələn ildən satışa çıxarılır - VİDEO
Pilot vəsiqəsinə ehtiyac olmayan uçan maşınların təlim uçuşları uğurla başa çatıb.
NUHÇIXAN-ın Britaniya mətbuatına istinadən xəbərinə görə, ABŞ-ın Kaliforniya ştatında yerləşən “Opener” firması tərəfindən istehsal edilən “BlackFly” adlandırılan uçuş aparatları saatda 100 km sürətlə hərəkət edə bilir. Elektrik enerjisi ilə işləyən bu aparatlar 40 km məsafəni rahatlıqla qət edə bilir.
Şirkət aparatların satışına 2019-cu ilin əvvəllərindən start verəcək.
Qeyd edilir ki, ilkin olaraq “BlackFly”ların qiyməti yüksək olsa da, gələcəkdə normal avtomobillərin qiymətinə təklif olunacaq.