“Türkologiya” jurnalının ikinci nömrəsi nəşr olunub

150

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2018-ci il üçün ikinci nömrəsi işıq üzü görüb.

Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun NUHÇIXAN-a verdiyi məlumata görə, yeni nömrədə Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Misir və Monqolustan alimlərinin məqalələri yer alıb.

Beynəlxalq elmi jurnalın bu sayında ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev-95”, “Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Dilçilik”, “Ədəbiyyat”, “Fəlsəfə”, “Tarix və etnoqrafiya”, “Türkoloji mərkəzlər”, “Resenziya”, “Elmi həyat”, “Personalia” rubrikalarında toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: