NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyində Türkiyənin Naxçıvan Muxtar Respublikasına yeni təyin edilmiş Baş Konsulu Mehmet Emin Kiraz ilə görüş olub. Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov yeni təyin edilən Baş Konsulla iki qardaş ölkə arasındakı münasibətlərdə muxtar respublikanın yeri, mövqeyi və qarşıda duran vəzifələrini müzakirə edib.