Bu gün Türkiyənin “Fənərbaxça” klubunda prezident seçkiləri keçirilib.
NUHÇIXAN Türkiyə mətbuatına istinadla bildirir ki, seçkilərdə iki namizəd – hazırki prezident Aziz Yıldırım ilə Ali Koç mübarizə aparıb.
Səsvermənin nəticəsinə görə, Ali Koç 16 min 092 səs toplayaraq qalib gəlib.
Beləliklə, o, “Fənərbaxça” klubunun sayca 37-ci prezidenti olub.
Qeyd edək ki, Aziz Yıldırım 1998-ci ildən bəri idi ki, “Fənərbaxça”ya rəhbərlik edirdi.