“Fənərbağça” klubunun rəhbərliyi komandanın baş məşqçisi Filipp Kokunu istefaya göndərib.
NUHÇIXAN xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Bu qərar Türkiyə Superliqasının X turunda İstanbul komandasının öz meydanında “Ankaragücü”nə 1:3 hesabı ilə məğlub olduqdan sonra qəbul olunub.
Klub rəhbərliyi cari ilin iyunundan “Fənərbağça”nın baş məşqçi işləyən təcrübəli hollandiyalı mütəxəssisi komandanın bu mövsüm uğursuz nəticələrinə görə vəzifəsindən azad edib.
Qeyd edək ki, “Fənərbağça” çempionatda oynadığı son beş oyunda qələbə qazana bilmir.
On oyundan sonra cəmi 9 xal toplaya bilən “Fənərbağça” hazırda turnir cədvəlində 18 komanda arasında 15-ci pillədə yer alıb.
Xatırladaq ki, “Fənərbağça” növbəti turda noyabrın 2-də əzəli rəqibi “Qalatasaray”la səfərdə qarşılaşacaq.