Türkiyəli musiqiçilər Naxçıvanda konsert verəcəklər

96

Türkiyənin  Bursa  Dövlət Simfonik Orkestrının kollektivi  Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun başçılığı ilə  may ayının 3 də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

NUHÇIXAN xəbər verir ki, konsert ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə təşkil olunub. Kollektiv bu gün  Naxçıvanın tarixi və görməli yerləri ilə tanış olub. Qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət ediblər. Sonra Heydər Əliyev Muzeyini gəziblər.  Burda ulu öndərin həyatı, siyasi fəaliyyəti, mədəniyyətimiz, o cümlədən milli musiqimizin təbliği və tərəqqisi üçün gördüyü işlər barədə türkiyəli  musiqiçilərə məlumat verilib.  Xan Sarayı  və   Mömünə Xatın türbəsi ilə tanış olan sənət adamları burada tətbiqi sənədlər, rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzindəki əl işlərinə də maraqla  baxıblar.

Bu gün sənət adamları, həmçinin təqdim ediləcək  konsertin məşqlərini də ediblər. Konsert proqramında Türkiyəli müğənnilərdən Levent Gündüz, azərbaycanlı müğənnilərdən isə xalq artisti Samir Cəfərov, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ehtiram Hüseynov, Elton Hüseynəliyev, Günay Zeynallı və Bursa Dövlət Simfonik Orkestrinin ifasında mahnılar səsləndiriləcək.  Sənət adamları və orkestr üzvləri məşqlərdə fəal iştirak ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: