Türkiyədə Zəfər bayramı qeyd olunur

229

Türkiyədə Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü qeyd olunur. Ölkənin bütün ərazisində küçə və meydanlar bayramsayağı bəzədilib, 96 il əvvəl qazanılan şanlı zəfərin ildönümünü böyük coşqu ilə bayram edilir.

NUHÇIXAN xəbər verir ki, bayram münasibəti ilə Prezident Rəcəb Tayyib Ərdoğan və dövlət rəsmiləri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını – Anıtqəbri ziyarət ediblər. Anıtqəbirdə böyük izdiham yaşanıb.

Zəngin dövlətçilik ənənələrinə malik olan Türkiyə Respublikası ötən əsrin əvvəllərində gərgin siyasi və hərbi münaqişələrin mərkəzinə çevrilmişdi. Osmanlı imperiyasının süqutu türk xalqını öz dövlətçiliyini qoruyub saxlamaq və vətəni işğaldan azad etmək uğrunda mübarizəyə səfərbər etdi. 1920-ci il aprelin 23-də Türkiyə Böyük Millət Məclisi təsis olundu və xalqı təmsil edən hökumət quruldu. Bütün cəbhələrdə uğurlu hərbi əməliyyatlara başlandı, görkəmli dövlət xadimi Mustafa Kamal Paşanın rəhbərliyi altında qurtuluş savaşı aparan türk ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci il avqustun 30-da böyük zəfər qazandı. Həmin gün Türkiyə tarixinə Zəfər bayramı kimi daxil olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: