Türkiyədə Malazgirt zəfərinin 947-ci ildönümü qeyd olunur

160

Türkiyə 1071-ci ildə qazanılan Malazgirt zəfərinin növbəti ildönümünü təntənə ilə qeyd edir.

NUHÇIXAN xəbər verir ki, bu münasibətlə ölkə ərazisində bayram mərasimləri, eləcə də elmi konfranslar keçirilir. Ən böyük mərasimlər Muş vilayətinin Malazgirt rayonunda yerləşən “Malazgirt meydan müharibəsi tarixi milli parkında” və Bitlisin Ahlat rayonunda təşkil olunub.

Bayramsayağı bəzədilən küçə və meydanlarda böyük türk xalqının rəşadətli həyat yolu şərəflə anılır.

Qeyd edək ki, 1071-ci il avqustun 26-da Sultan Alp Arslanın sərkərdəliyi ilə hərbi birləşmələr Anadolunun Malazgirt bölgəsində Bizans İmperatoru Romen Diyojenin ordusuna qarşı döyüşərək tarixi zəfər qazanıb. Səlcuqların sayca az, lakin cəsur və yenilməz qüvvəsi qarşısında tab gətirməyən Bizans İmperatorluğu süqut edib. Beləliklə də Böyük Səlcuq İmperiyasının daha da qüdrətlənməsi və geniş coğrafiyanı əhatə etməsi üçün tarixi şans əldə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: