Türkiyədə Cümhuriyyətimizin yubileyi şərəfinə “İyirmi lirə” xatirə gümüş pul sikkəsi buraxılıb

89

Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “İyirmi lirə” xatirə gümüş pul sikkəsi buraxılıb.

NUHÇIXAN xəbər verir ki, gümüş pul sikkəsindən cəmi 2000 ədəd basılıb. Bu barədə razılıq baş konsul Məsim Hacıyevlə Türkiyənin Dövlət Dəftərxana və Damğa mətbəəsinin müdiri Sadettin Parmaksız arasında 2017-ci ildə keçirilmiş görüşdə əldə olunub.

Xatirə pulunun “Azərbaycan Xalq Cümhuriyyətinin yüz ili” yazılmış üzündə dövlət gerbimiz, üstündə üçrəngli bayrağımızın forması olan xəritəmiz, Qız qalası və neft buruqlarının əksi həkk olunub.

Qeyd edək ki, xatirə pulunun eskizi professor Rafiq Əzizov tərəfindən hazırlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: