Türkiyənin Kahramanmaraş vilayətində Ankara vaxtı ilə saat 18:22-də Rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN xəbər verir ki, yeraltı təkanların episentri Andırın rayonunda qeydə alınıb. Zəlzələ ətraf rayonlarda da hiss olunub. Yeraltı təkanları təlaşla qarşılayan əhali bir müddət küçə və meydanlarda qalıb.
Hələlik dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.