Türkiyə Superliqası: “Beşiktaş” və “Başakşəhər” komandaları səfər oyunlarında vacib xallar itiriblər

182

Dekabrın 22-də futbol üzrə Türkiyə Superliqasının XVII turunda turnir cədvəlində üçüncü pillədəki “Beşiktaş” komandası səfərdə altıncı sıradakı “Kasımpaşa”nın qonağı olub.

NUHÇIXAN xəbər verir ki, oyunda “Beşiktaş” rəqibinə 1:4 hesabı ilə məğlub olaraq çempionatda vacib xallar itirib. Matçda ev sahiblərinin heyətində qolları Loret Sadiku (11), Mbaye Diagne (45,75) və David Pavelka (84) vurublar. Qonaq komandanın heyətində isə 52-ci dəqiqədə Mustafa Pektemek fərqlənib.

Bu matçdan sonra “Kasımpaşa” xallarının sayını 29-a çatdıraraq turnir cədvəlində ikinci yerə yüksəlib, “Beşiktaş” isə altıncı pilləyə enib.

Turun digər görüşündə 35 xalla çempionatın lideri olan “Başakşəhər” səfərdə “Alanyaspor”la heç-heçə edib. Bu oyun “Başakşəhər” komandasının vahid liderliyinə təsir etməyəcək. Çünki İstanbul komandası ən yaxın izləyicisi “Kasımpaşa”dan 6 xal irəlidədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: