Türkiyə Superliqası: “Beşiktaş” səfərdə 3 xalı üç qolla qazanıb

151

Futbol üzrə Türkiyə Superliqasının ikinci turunun növbəti oyununda “Beşiktaş” klubu səfərdə “BŞB Ərzurum” komandası ilə qarşılaşıb.

NUHÇIXAN xəbər verir ki, İstanbul komandası üç xalı rəqib qapısından keçirdiyi 3 qol sayəsində təmin edib. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün 16-cı dəqiqəsində meydan sahiblərinin heyətində Jasmin Skuk hesabı açıb – 1:0. Fasilədən sonra oyun İstanbul təmsilçisinin üstünlüyü şəraitində keçib. Matçın 53-cü dəqiqəsində Gökhan Gönül, 76-cı dəqiqədə Alvaro Neqredo, 86-cı dəqiqədə isə Rikardo Kuarejma adlarını tabloya yazdırıblar.

Bu qələbə sayəsində xallarının sayını altıya çatdıran “Beşiktaş” çempionatda liderliyə yüksəlib.

Qeyd edək ki, ikinci tur çərçivəsində bu gün keçirilmiş “Akhisarspor” – “Rizəspor” oyunu 1:1 hesabı ilə başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: