Türkiyə Superliqası: “Beşiktaş” komandası cari mövsümdə ilk dəfə məğlub olub

207

Futbol üzrə Türkiyə Superliqasının üçüncü turunun növbəti oyununda turnir cədvəlində ikinci pillədə yer alan “Beşiktaş” komandası öz meydanında “Antalyaspor” klubu ilə qarşılaşıb.
NUHÇIXAN xəbər verir ki, “Vodafon Parkda” keçirilən oyunda İstanbul komandası rəqibinə 2:3 hesabı ilə məğlub olub.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşün 26-cı dəqiqəsində meydan sahiblərinin heyətində ispaniyalı hücumçu Alvaro Negredo, 56-cı dəqiqəsində portuqaliyalı futbolçu Pepe fərqlənib. Qonaq komandada Suleyman Doukara 20-ci və 24-cü dəqiqələrdə dubla imza atıb. Otuz üçüncü dəqiqədə isə Yekta Kurtuluş daha bir topu İstanbul komandasının qapısına vurub. Beləliklə, Şenol Günəşin baş məşqçisi olduğu komanda 38 oyundan sonra ilk dəfə çempionatda öz meydanında məğlub olub.
Bu matçdan sonra “qara qartallar” çempionatda dördüncü pilləyə enib.
Baş hakim Halis Özkahyanın idarə etdiyi qarşılaşma bir sıra gərgin anlarla yadda qalıb. Görüşdə komandaların futbolçularına, ümumilikdə, doqquz sarı vərəqə göstərilib.
Bu gün keçirilmiş digər görüşlərdə “Kasimpasa” səfərdə “Sivasspor”dan 3:0 hesabı ilə üstün olub. “Konyaspor”- “Bursaspor” oyunu bərabərliklə yekunlaşıb – 1:1.
Qeyd edək ki, avqustun 25-də çempionluq uğrunda mübarizə aparan komandalardan “Trabzonspor” klubu “Ankaragücü” ilə 2:2 hesablı heç-heçə edərək, “Fənərbağça” isə səfərdə “Göztəpə” komandasına 0:1 hesabı ilə məğlub olaraq vacib xallar itiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: