Türkiyə Super Liqasının üç klubu Müstəqillik günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Türkiyənin “Fənərbaxça”, “Beşiktaş” və “Qalatasaray” futbol klubları sosial şəbəkələrdəki rəsmi hesablarında 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar paylaşım edib.
NUHÇIXAN xəbər verir ki, klublar rəsmi “Facebook”, “Twitter” və “İnstagram” səhifələrində bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını təbrik edib. Hər üç səhifədə “Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun. Bir millət, iki dövlət” yazısı yer alıb.
İstanbul təmsilçiləri, həmçinin Azərbaycan və Türkiyə bayraqları olan fotonu paylaşıblar.