Türkiyə qəzetləri ümummilli lider Heydər Əliyevdən yazıb
NUHÇIXAN xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin anım günü ərəfəsində bütün dünya mediasında onunla bağlı maraqlı məqalələr nəşr edilir. Türkiyənin İğdır qəzetində də “Heydər Əliyevi sayğı ilə anırıq” başlıqlı yazı yer alıb. Qəzetin təsisçisi və baş redaktoru Erhan Hacıqasımoğlunun qələmə aldığı yazıda Ümummilli liderimizin türkiyəli oxucular üçün bütün türk dünyasına məxsus dahi olduğu bir daha qeyd edilir. Türk dünyasının liderləri olan Atilla, Bilgə Xaqan, Çingiz xan, Fateh Sultan Məhəmməd və Mustafa Kamal Atatürklə müqayisə olunan Heydər Əliyev dühası Azərbaycan xalqını işğalçı sovet rejimindən qurtararaq yenidən özünə qaytardı. Yazıda Azərbaycan xalqının ümmmilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, gördüyü vacib, əhəmiyyətli işlərlə bağlı geniş məlumatlar da yer alıb. “Azerbaycan xalqı onunla yeniden doğuldu və Heydər Əliyevi haqlı olaraq Azərbaycanın Ümummilli lideri olaraq seçdi. Heyder Əliyev 2003-cü il dekabrın 12-də dünyaya gözlərini yumdu. Ölümünün 15-ci ildönümündə bir daha sevgi, sayğı və rəhmətlə onu anaraq, adını unudulmaz böyük Türk Liderləri arasında görməkdən və yaşatmaqdan qürur duyuruq”-deyə müəllif fikirlərini tamamlayır.
İğdırın “Güvən qəzeti”ndə də jurnalist Sərdar Ünsalın Ümummilli lider Heydər Əliyevlə bağlı fikirləri yer alıb. Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının Sədr müavini Sərdar Ünsal: “Türk dünyasının gerçək liderlərindən biri də Heydər Əliyevdir. O, Azərbaycanı ən qısa zamanda inkişaf etmiş ölkələr səviyyəsinə qaldırdı. Türk dünyası və Türkiyə ilə qurduğu gözəl dostluq sayəsində Türk dünyasının gerçək liderlərindən biri oldu… Gün keçdikcə xalqın Heydər Əliyevə olan sevgisi daha da artır. Onu biz də daim hörmət və ehtiramla anırıq”- deyə qeyd edib.