Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısını keçirilib.
NUHÇIXAN xəbər verir ki, Baş nazir Binəli Yıldırımın sədrliyi ilə keçirilən toplantıda Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğanın çıxışı olub.
Prezident çıxışında iyunun 24-də ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinin nəticələri, Türkiyədə yeni idarəetmə sistemi, dövlət strukturundakı islahatların əhəmiyyəti, daxili və xarici siyasətin istiqamətləri, terrorçuluqla mübarizə və qarşıda duram digər vəzifələrdən danışıb.
Qeyd edək ki, iyulun 9-da Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək.