Türkiyə klubu İran yığmasının futbolçusunu heyətinə qatıb

180

Türkiyənin “Trabzonspor” klubu İran milli komandasının futbolçusu Vahid Amirini heyətinə qatıb.

NUHÇIXAN klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. “Trabzonspor” iranlı oyunçunu azad agent kimi transfer edib.

Qeyd edək ki, Vahid Amiri 2016-cı ildən İranın “Persepolis” klubunda çıxış edib. O, İran millisinin heyətində Rusiyada keçirilən dünya çempionatında da oynayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: